İtaliyanın baş naziri Cüzeppe Konte Liviyada qiyamçıların lideri general Xəlifə Həftərlə görüşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, BMT tərəfindən tanınmış mərkəzi Liviya hökumətində İtaliyanın bu addımı böyük narazılıq doğurub. Üsyançı və qeyri-legitim qüvvələrin başçısı ilə rəsmi tərəf kimi görüşən İtaliya baş naziri Həftərlə Liviyadakı hərbi-siyasi böhranı müzakirə edib. Həftərin İtaliyanın rolunu yüksək qiymətləndirdiyi vurğulanıb.
Üsyançıların nəzarət etdiyi Benqazi şəhərində keçirilən görüş həmçinin girov götürülmüş italyan balıqçıların azad edilməsi ilə yadda qalıb.