Efiopiyanın şimalındakı Tiqray regionunda silahlı toqquşmalar davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, münaqişə zonasından qaçmağa çalışan bölgə əhalisi bidon və vedrələrdən qayıqlar düzəldərək çətin şəraitdə Tekeze çayını keçib Sudana sığınırlar. Ümumilikdə 36 minə yaxın qaçqının Sudana keçdiyi bildirilir. Onların vəziyyəti olduqca ağırdır.
UNICEF beynəlxalq təşkilatı yoxsul Sudanın qaçqınları təmin edə bilməyəcəyini bəyan edərək dünya birliyindən yardım istəyib.