Moldovada rus dilinin rəsmi statusu yenidən bərpa olunub.

Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, fəaliyyətdə olan prezident İqor Dodon bununla bağlı qanun imzalayıb. Qanuna əsasən, rus dilinin statusu millətlərarası funksional ünsiyyət vasitəsi olan dil kimi təsbit edilib. Dodon bunun böyük addım olduğunu vurğulayıb.

Qeyd edək ki, Moldovada rus dilinin bu formada statusu əvvəllər də olub. Lakin 2018-ci ildə ölkənin Konstitusiya Məhkəməsi rus dilinin rəsmi statusunu ləğv edən qərar qəbul etmişdi.