Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterriş Almaniyada yaşayan və "BioNTech" şirkətinin qurucuları olan türk alimləri təqdir edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş katib Uğur Şahin və Özlem Türeci cütlüyünün vaksinlərin hazırlanmasında böyük əməyi olduğunu bildirərək insanlığa xidmətlərinə görə onlara təşəkkür edib. A.Quterriş bütün Almaniyanın onlarla qürur duymalı olduğunu əlavə edib.

"Onlara sayğılarımı sunuram", - deyə BMT baş katibi əlavə edib.

Qeyd edək ki, Uğur Şahin və Özlem Türeci cütlüyü "BioNTech" şirkətinin qurucularıdırlar. Almaniyada yaşayan türk həkim ailəsi həmçinin tibbi araşdırmalar və elmi fəaliyyətlə məşğuldurlar. Onların şirkəti "Pfizer" firması ilə birgə Qərbdə ilk vaksini hazırlayıb.