BMT 18 dekabr Beynəlxalq Qaçqınlar Günü ilə bağlı yeni məlumatlar dərc edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada hər 28 nəfərdən biri qaçqındır. Qaçqın dalğasının əsas səbəbinin silahlı münaqişələr olduğu vurğulanıb.

Hazırda dünyada 272 milyondan çox qaçqın var. 2000-ci ildə dünyada 173 milyon qaçqın olsa da, son 20 ildə bu rəqəm 100 milyona yaxın artıb. Qaçqınların 14 faizi uşaqdır. Ən çox qaçqın Hindistan, Meksika və Çində yaşayır.