İranda islahatçı qrupa mənsub olan din xadimi ayətullah Mahmud Emcəd müxalif jurnalistin edam edilməsi ilə bağlı İranın ali dini lideri Seyid Əli Xamneyini sərt tənqid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə "İslam inqilabına təhdid" ittihamı ilə edam edilmiş müxalif jurnalist Ruhullah Zemi şəhid adlandıran ayətullah Emcəd ölkədə dinc aksiyalarda iştiraka, rejimə müxalif fəaliyyətə və azad sözə görə tökülən qanların məsuliyyətini Xamneyinin daşdığını bildirib.

Xamneyini "qan tökməyə tövbə etməyə" çağıran ayətullah bütün din xadimlərinə törədilən vəhşətə səssiz qalmamaq barədə çağırış edib.