Suriyalı qaçqınlar Bəşər Əsəd rejiminin mühasirəsi dövrü haqqında danışıblar.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda İdlibdə Türkiyənin himayəsində olan qaçqın düşərgəsində yaşayan suriyalılar Əsədin mühasirəsi zamanı vəziyyətlərindən danışıblar. Silahlı əməliyyatların daha aktiv dövründə Bəşər Əsədin Hələb şəhərini mühasirəyə aldığı dönəmdə şəhəri şiddətli aclığın bürüdüyü haqda xatirələrini bölüşən qaçqınlardan biri vəziyyətin hansı dərəcədə acınacaqlı olduğunu ifadə edib.
"Yeməyə heç nə tapmırdıq. Aclıq dözülməz həddə çatmışdı. O zaman məcbur qaldım ki, maşınımı bir qutu halvaya dəyişim. Ailəmin sağ qalmasını bu yolla təmin edə bildim", - deyə qaçqın bildirib.
Qeyd edək ki, atəşkəs imzalanmasından sonra 45 minə yaxın Hələb sakini İdlibdəki Türkiyənin qaçqın düşərgəsinə yerləşdirilib.