Əfqanıstanda terror aktı baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qazinə əyalətində olub. Əvvəlcədən yerləşdirilmiş bomba partladılıb.
Partlayış nəticəsində 15 nəfər həyatını itirib, onlarla yaralanan var. Hadisəni törədənlər naməlumdur. Hazırda araşdırmalar davam edir. Terror aktına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.