Çin ABŞ-dakı seçkilərə müdaxilə ittihamlarını qəbul etmir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin təşkil etdiyi brifinqdə rəsmi olaraq bildirilib. Çin XİN ittihamları rədd edərək müdaxilə barədə deyilənləri uydurma adlandırıb.
Çinin başqa ölkələrin daxili işlərinə qarışmamağı xarici siyasət prinsiplərindən birinə çevirdiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ Senatında və bir sıra dairələrdə Rusiya ilə yanaşı, Çinin də seçkilərə müdaxilə etdiyini düşünənlər var. Bu barədə açıq ittihamlar irəli sürülüb.