Yunanıstan Türkiyənin Rodos adasındakı konsulluğunun əməkdaşını casusluq ittihamı ilə həbs edib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, guya yunan gəmilərinin fotosunu çəkdiyinə görə casusluqda suçlanan konsulluq əməkdaşı həbs olunub.

Məsələ ilə bağlı Türkiyə və Yunanıstan arasında gərginlik yaranıb. Türkiyə XİN Yunanıstanın bu addımını pisləyib. Diplomatik korpus nümayəndələrinin toxunulmazlığı haqqında Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulduğu bəyan edilib. Adekvat tədbirlər görüləcəyi və reaksiya veriləcəyi ifadə olunub.

"Diplomatımızın haqqlarının qorunması və hüquqlarının müdafiə olunması ilə bağlı bütün zəruri addımları atacağıq", - deyə vurğulanıb.