Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
 
"Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Ukrayna dövlət başçısına çatdırdıq. Ukrayna ilə münasibətlərimiz mükəmməl səviyyədədir. 9-cu Yüksək Səviyyəli Strateji Şuranın növbəti iclasını gələn il ölkəmizdə keçirəcəyik", - deyə M. Çavuşoğlu qeyd edib.