Koronavirusun yoluxucu xüsusiyyəti ilə bağlı yeni araşdırma aparılıb.
Unikal.org xəbər verir ki, Çin Elmlər Akademiyası tərəfindən Pekində aparılan araşdırma nəticəsində müəyyən edilib ki, virus bu şəkildə yayılır:
1.80 metr hündürlüyündə və saniyədə 1,5 metr sürətlə hərəkət edən insanı təsəvvür edin. Maska taxmayan və koronavirus daşıyıcısı olan biri öskürərək havaya damcı şəklində virusu buraxır. Damcılar gəzən insanın hava axını ilə birlikdə bel səviyyəsində onu təqib edir və gənə kimi yapışır. Belə durum isə yetkin insanlarda bel səviyyəsində, uşaqların isə baş nahiyəsində özünü göstərməyə başlayır.
Mütəxəssislər deyib ki, uşaqlar buna görə daha çox risk altında olur.