Türkiyədə son sutka ərzində 246 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 26 410 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 17 610, virusa yoluxanlar isə 1 982 090 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 753 552 pasiyent (son sutkada 31 945 nəfər) sağalaraq evə buraxılıb.