Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 74 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 10 317 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 72 olub.