Türkiyənin Qaziantəp şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində 8 pasiyent ölüb.
Unikal.org xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.