Gürcüstanda ötən sutkada koronavirusa 2 904 yeni yoluxma halı təsdiqlənib, 4 316 nəfər müalicə olunaraq sağalıb, 53 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan hazırkı dövrədək COVID-19-a 206 907 nəfər yoluxub ki, onların 175 842-si sağalıb, 2 055-i isə ölüb.