Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində ölən pasiyentlərin sayı 9 nəfərə çatıb.
Bu barədə Unikal.org "Habertürk"ə istinadən xəbər verir.
Səhiyyə naziri Faxrettin Koca məlumatı təsdiqləyib. "Vəfat edənlərin sayı 9 oldu", - deyə o bildirib.
Nazirin sözlərinə görə, hadisənin başvermə səbəbi araşdırılır.
Qeyd edək ki, hadisə SANKO Universitetinin Reanimasiya şöbəsində baş verib. Şöbədə oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 9-u ölüb. Digər pasiyentlər yaxınlıqdakı başqa hospitala yerləşdirilib.