Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev cinayət prosesində və korrupsiyaya qarşı mübarizədə vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi barədə qanuna dəyişiklik edib.

Unikal.org TASS-a istinadən bildirir ki, yeni qanuna əsasən, dövlət qulluqçularının xarici ölkələrin banklarında hesab açması qadağan edilib.

Bu qanuna əsasən, ölkənin deputatları və hakimləri də respublikadan kənarda bank hesabı aça bilməz. Əks halda isə bu əməl korrupsiya cinayəti kimi qiymətləndiriləcək.