Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu öyrənilib.
Unikal.org xəbər verir ki, Baş nazir Boris Conson, yoluxmada artımın mutasiyaya uğramış koronavirusun yeni növü ilə əlaqəli olduğunu söyləyib. O bildirib ki, aşkar edilən yeni növ virus köhnədən 70 faizə qədər daha yoluxucudur.
Baş nazir paytaxt London, şərq və cənub-şərqdə virusa yoluxmada artım baş verməsi səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.
İndiyədək ölkədə tətbiq olunan üç səviyyəli regional tədbirlər sisteminə dördüncü bir səviyyə əlavə edilib. Dekabrın 20-dən etibarən qüvvəyə minəcək tədbirlər çərçivəsində, qida satışı olmayan bütün mağazalar və idman yerlərinin bağlanması nəzərdə tutulur.