Amerika Birləşmiş Ştatlarında kosmik keşikçilər yaradılacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Mayk Pens bildirib.

O qeyd edib ki, ABŞ-ın Kosmik Qüvvələrinin hərbi qulluqçuları məhz belə adlandırılacaqlar.

"Mənim üçün ABŞ prezidenti adından elan etmək böyük şərəfdir ki, bundan sonra Birləşmiş Ştatların Kosmik Qüvvələrinə xidmət edən kişilər və qadınlar keşikçi adlandırılacaqlar", - Ağ Evdə Kosmik Qüvvələrin yaradılmasının 1 illiyi ilə əlaqədar keçirilən mərasimdə Pens bildirib.

Kosmik qoşunların Tvitter hesabında bildirilib ki, bu ad yeni qoşun növünün daxilində və ictimaiyyət arasında yüzlərlə təklifin arasından seçilib.