Küveyt əmirinin qardaşı oğlu, eyni zamanda keçmiş Küveyt Əmirinin oğlu Şeyx Nasser Sabah əl-Ahmed əl-Caber əs-Sabah ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Küveyt əmirinin Baş katibliyi məlumat yayıb.
Hakim ailənin üzvü, 72 yaşında ölüb. O, 2006-cı ildən bəri əmirliyi idarə edən atası Əmir Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan 3 ay sonra ölüb. Qeyd edək ki, onun atası 92 yaşında ABŞ-da müalicə olunarkən vəfat edib.
Şeyx sabah dəfn ediləcək.
Qeyd edək ki, Şeyx Nasser Sabah əl-Əhməd əs-Sabah, 2017-2019-cu illərdə ölkənin baş nazirinin birinci müavini və müdafiə naziri, 2006-cı ildə dövlət başçısının Baş katibliyinin naziri və 1999-cu ildə vəliəhd şahzadənin xüsusi müşaviri olub.