Qətərə qarşı maliyyə hücumlarında BƏƏ-nin də iştirak etdiyi ilə bağlı faktlar üzə çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində araşdırma dərc olunub.
Belə ki, Qətərə qarşı maliyyə hücumlarında iştirak etmiş Lüksemburq bankları ilə BƏƏ vəliəhdi şahzadə Məhəmməd Bin Zayed Əl Nəhyanın əlaqələri ortaya çıxıb. Bu maliyyə hücumlarında BƏƏ şahzadəsinin aparıcı rola malik olduğu iddia edilir.