Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo "Golden Foot" (Qızıl Ayaq) mükafatına layiq görülüb.
Unikal.org xəbər verir ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.
Qeyd edək ki, "Golden Foot" yaşı 28-dən az olmayan ən yaxşı futbolçuya verilir. Beynəlxalq mükafat 2003-cü ildən verilir.