Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əksinqilabda ittiham edib.
Unikal.org xəbər verir ki, Nikol Paşinyan bu barədə öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, hazırda ölkədə olan ictimai-siyasi vəziyyəti 2018-ci illə izah etmək olar.
Paşinyan 2018-ci ildə hakimiyyətini, dolayı yolla imtiyazlarını və xalqdan ayrıcalıqlarını itirən siyasi qüvvələrin revanş və yenidən iniqilab təşkili arzusunda olduqlarını bildirib. Buna görə də hazırki siyasi mübarizənin iqtidarla müxalifət arasında deyil, qanunsuz imtiyazlarını bərpa etmək istəyən və özünü elita sayan siyasi qruplaşmalarla hakimiyyət arasında getdiyini bəyan edib.
Ermənistan baş naziri xalqın söz sahibi olması üçün hər yola əl atacağını əlavə etməklə, proqnozlaşdırılan sərt addımlara legitimlik qazandırmaq cəhdi ilə fikrini tamamlayıb.