ABŞ-da "Şaxta baba" paltarında olan şəxs elektrik naqillərinə ilişib. 

Unikal.org xəbər verir ki, maraqlı hadisə Kaliforniyanın Sakramento şəhərində baş verib. "Şaxta baba" geyimində olan  şəxs motorlu paraşütlə yaxınlıqdakı məktəbdən havaya qalxıb. Bir müddət sonra mühərrik gücünü itirməyə başlayıb və "Şaxta baba" paraşütü ilə birlikdə elektrik naqillərinin üstünə düşüb. 

Qısa zamanda aidiyyatı qurumlar "Şaxta baba"nı xilas  edib.  Həmin anlar kameralara anbaan əks olunub.  Xəsarət almayan "Şaxta baba" Milad üçün hazırlıq işləri apardığını şərh edib.