Ukrayna və Türkiyə birgə hərbi gəmi istehsalına başlayacaq.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərsanə Ukraynanın Nikolayev şəhərində yerləşəcək. Oktyabr ayında imzalanmış hərbi əməkdaşlıq sazişi və 14 dekabrdakı digər anlaşmalarla gəmi istehsalı başlanacaq

Bu hərbi gəmilərin Ukraynanın Qara dəniz və Azov dənizi akvatoriyasını qoruyacağı bildirilir. İki ölkənin hərbi sənaye qurumları istehsala başlamağın son tamamlanma mərhələsinə çatıblar.