Rusiya Prezidenti Vladimir Putin doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib.
Unikal.org xəbər verir ki, leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda "Arzular yolkası" adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.
Vladimir Putin öz növbəsində onun arzusunu gerçəkləşdirməyə söz verib. Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.