Qlobal problem koronavirus pandemiyasına görə, müxtəlif ölkələrdən olan insanlar yeni il şənliklərini qapalı və sərt karantin şəklində qarşılamalı olacaqlar.
Unikal.org xəbər verir ki, evə xas ənənələr davam etsə də, küçələrdə izdihamla icra olunan Yeni il ayinlərinin keçirilməsi sual altındadır. Bundan öncəki illərdə isə müxtəlif ölkəlkər Yeni ili bu cür qarşılayırdılar;
1) "Köhnə ilin pis ruhlarını qovmaq üçün" evlərin önünə ip asıldığı Yaponiyada yeni ilin ilk saniyələri gülüşlə daxil edilir.
2) Çində evlər "keçən ilki pis ruhları və pis şansları qovmaq üçün" təmizlənir. Bundan əlavə, "şans gətirmək üçün" qırmızı zərflərdə olan uşaqlara pul paylanır.
3) İsveçrəlilər Yeni İli xoş əhval-ruhiyyəni təmsil etdiklərinə inandıqları kostyumları geyinərək qarşılayırlar.
4) Hollandiyada son bir ildəki pis ruhları qovmaq və yeni ilə sülh və xoşbəxtlik içində girmək üçün küçədə bir Milad ağacı yandırılır.
5) Çilidə gecə yarısı bir qaşıq mərcimək yeyənlərin yeni ildə məhsuldar bir iş həyatına sahib olacağına inanılır.
6) Cənubi Afrikada köhnə ev əşyaları "şans gətirmək üçün" pəncərədən atılır və yeni il yeni əşyalarla daxil edilir.
7) Belarusiyada subay qızların qarşısına qarğıdalı qoyulur və ortaya xoruz buraxılır. Xoruz ilk əvvəl hansı qarğıdalını yeyərsə həmin qız bu il evlənəcəkdir.
8) İspaniyada saat 00: 00-da 12 üzüm giləsi yeyilir və yeni il üçün bir arzu tutulur.
9) Danimarkada köhnə qablar qapının qarşısında qırılır.
10) Rumıniyada ayı kostyumu geyinən insanlar küçələrdə gəzir və rəqs edirlər. Bu şəkildə pis ruhların uzaq durduğuna inanılır.
Gülayə Mecid