ABŞ-ın Nyu-York şəhərində vaksinasiyadan keçən tibb işçisinin halı pisləşib və xəstəxanaya yerləşdirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tibb işçisinin "Pfizer" vaksinlərindən istifadə etdiyi məlum olub. Xəstəxanaya yerləşdirilmiş tibb işçisinin vəziyyəti hazırda stabildir. Həyati təhlükəsi yoxdur. Nyu-Yorkda 270 mindən çox insan bu vaksinlərlə vaksinasiyadan keçib. Hazırda onlar böyük narahatlıq keçirirlər.
Qeyd edək ki, bu, "Pfizer" vaksinləri ilə bağlı yaşanan ilk belə hal deyil.