Polşanın keçmiş prezidenti, 1983 Nobel Sülh Mükafatı laureatı Lex Valensa pulunun olmamasından şikayətlənib.
Unikal.org-un məlumatına görə, bunu Valensa “Polsat News” telekanalına müsahibəsində deyib.
“Bu il heç kim məndən hədiyyə almayacaq, çünki müflis olmuşam. Vaxtında pulum var idi, verirdim. Verdim və cibim boş qaldı. Əvvəllər aktiv həyat tərzi keçirirdim və kifayət qədər vəsait qazandırdım. Amma hazırda bitib”, - o bildirib.
Xatırladaq ki, L. Valesa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.