İranda qar uçqunu baş verib.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, Tehran ostanının Şəmiranad şəhristanında qar uçqunu yaşanıb. Hadisə nəticəsində 6 nəfər həyatını itirib.

Hazırda qar uçqununun altında qalan digər şəxslərin axtarışları davam edir. Sinoptiklər yeni qar fırtınaları və uçqun təhlükəsinin anonsunu verib.