Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN başçısı Ara Ayvazyan arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Telefon danışığı zamanı Qarabağ məsələsi müzakirə olunub. Qeyd olunur ki, həmçinin ikitərəfli münasibətlər və regional problemlər də müzakirə mövzusu olub.

Tərəflər arasında 10 noyabrda Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatın icrası barədə də fikir mübadiləsi aparılıb.