Pakistan hakimiyyəti "Google" və "Vikipediya" platformalarından şikayət edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya idarəsi Tvitter hesabında yazıb. 

Bildirilib ki, buna səbəb "Google" axtarış çubuğunda Məhəmməd peyğəmbərin karikaturalarının və Quranın saxta versiyasının göstərilməsi olub. 

Hər iki şirkətə qarşı Peyğəmbərin adını təhqir edən "yanlış axtarış nəticələri"nin verilməsi ittihamı irəli sürülüb.