Çinin paytaxtı Pekində koronavirus xəstələrinin sayında ani bir artım olduğu üçün fövqəladə vəziyyət elan edilib.
Unikal.org xəbər verir ki, Çin Kommunist Partiyası, Pekində yeni növ koronavirus (COVID-19) hadisələrinin artması səbəbiylə paytaxtın bütün bölgələrinin fövqəladə vəziyyətdə olduğunu açıqlayıb. Hətta bəzi rayonlarda giriş və çıxışlar bağlanıb.