Dünya Bankı, təhsil texnologiyaları da daxil olmaqla, ölkələrin həyata keçirə biləcəyi investisiyalar və siyasətləri əks etdirən hesabat yayımlayıb.
Unikal.org xəbər verir ki, araşdırmaya görə, Covid-19 səbəbiylə məktəblərin bağlanması, 72 milyon ibtidai məktəb yaşındakı uşağı "öyrənmə yoxsulluğuna"məcbur edir, yəni 10 yaşına qədər olan azyaşlılar sadə bir mətni oxuya bilmirlər.
Hesabatda bildirilirdi ki, pandemiya aşağı və orta gəlirli ölkələrdə yoxsulluq səviyyəsində yaşayan ibtidai məktəb yaşlı uşaqların nisbətini yüzdə 53-dən 63-ə yüksəldə bilər. Bu vəziyyətin, söz mövzusu nəslin gələcək qazancında təqribən 10 trilyon dollar itirmək riski olduğu bildirilib, bu da qlobal ümumi daxili məhsulun (ÜDM) yüzdə 10-una bərabərdir.