"Həftər daxil, heç bir xarici güc Türkiyənin Liviyadan çıxmasını tələb edə bilməz".
Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu rusiyalı həmkarı Sergey Lavrovla ortaq mətbuat konfransında bildirib.
"Türkiyə Liviya məsələsinin siyasi dialoqla çözümünün olduğunu düşünür. Amma Həftər qüvvələri rəsmi hökumətə silahlı hücumlar təşkil edir. Bu, qəbuledilməzdir. Bizim də orada anlaşmalarla hərbi məsləhətçilərimiz və təlimçilərimiz var. Həftər daxil, heç bir xarici güc Türkiyənin Liviyadan çıxmasını tələb edə bilməz. Türkiyə Liviya legitim hökuməti ilə imzaladığı anlaşmalarla Liviyada fəaliyyət göstərir", - deyə Çavuşoğlu bəyan edib.