Dünyada son sutkada 444 437 nəfər koronavirusa yoluxub, 9 035 nəfər ölüb. 

Unikal.org  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 80 155 187 yoluxma hadisəsi,  1 771 128 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (202 251) payına düşür. Digər yerləri isə Avropa (176 862), Cənub-Şərqi Asiya (25 389) bölüşür.