İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Ekspress Bank”ı məhkəməyə verib.

Bu barədə Dövlət Xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, buna səbəb qeyri-yaşayış sahəsi üzrə “Ekspress Bank”ın icarə haqqını ödəməməsidir. Belə ki, ƏMDX ilə “Ekspress Bank” arasında 12 yanvar 2018-ci il tarixində qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı müqavilə imzalanıb. “Ekspress Bank” tərəfindən sonuncu ödəniş isə 19 noyabr 2019-cu il tarixində edilib. 30.11.2020-ci il tarixinə “Ekspress Bank”ın icarə haqqı üzrə ödəməli olduğu məbləğ 71100 manatdır.Buna görə də “Ekspress Bank”a qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

Famil Fərhadoğlu