Hindistanda müsəlman məktəbləri bağlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Narendra Modinin partiyası tərəfindən idarə olunan ştatlarda aşağı keyfiyyətdə təhsil verdikləri söylənərək dövlətin nəzdində olan müsəlman məktəblərinin ləğvini nəzərdə tutan bir qanun layihəsi hazırlanıb.
Müxalif siyasətçilər bunu tənqid edərək hinduların çoxluq təşkil etdiyi ölkədə qərarın hökumətin müsəlmanlara qarşı münasibətini əks etdirdiyini bəyan ediblər. Qərara əsasən, təkcə bir ştatda 700-dən çox məktəbin bağlanması gözlənilir ki, bu da müsəlman əhalinin böyük narazılığına səbəb olub.