Futbol üzrə Azərbaycan millisinə yeni skaut təyin olunub.

Unikal.org xəbər verir ki, bu vəzifəni yığmanın sabiq futbolçusu İlqar Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, İlqar Qurbanov karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ", "Qəbələ", "Sumqayıt", həmçinin Türkiyədə "Sivasspor", "Boluspor" və "Mersin İdman Yurdu" kimi komandaların formasını geyinib.