Böyük Britaniyada son sutka ərzində 60 916 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bu, pandemiya dövründə Britaniyada qeydə alınan yeni rekord göstəricidir.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 774 479 nəfərə çatıb. Ötən 24 saatda daha 830 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 76 305-ə yüksəlib.