Honkonqda 53 nəfər həbs edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Hüquq-mühafizə orqanları və güc strukturlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində bu cəhdin qarşısının alındığı bildirilir.
Əməliyyatda hüquq-mühafizə orqanlarının ümumilikdə 1 000-dən çox əməkdaşı iştirak edib. Araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Honkonqda mərkəzi Çin hökuməti ilə ABŞ-a meyilli yerli muxtariyyət arasında qarşıdurma mövcuddur. Çin buna görə ABŞ-ı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edir.