Prezident Donald Trampın tərəfdarları tərəfindən ABŞ Konqresinə basqın zamanı qarşıdurmalarda ağır yaralanan bir polis məmurunun öldüyü bildirilib. 

Unikal.org xəbər verir ki, baş verən hadisələrdə 50-dən çox polis yaralananıb. Həmçinin başından vurulan polislərdən birinin bu gün öldüyü açıqlanıb. Ölən polisin şəxsiyyət məlumatları hələ paylaşılmasa da, Konqresdəki hadisələrdə həyatını itirənlərin sayı 5-ə yüksəlib. 

Konqresin Polis İdarəsi hadisələrə nəzarət edə bilməməsinə görə tənqid olunub. Təhlükəsizlik zəifliyi ilə bağlı müzakirələrdən sonra Konqresin Polis Şefi Steven Sundun vəzifəsindən istefa edəcəyi açıqlanıb.