ABŞ Konqresinin Ohayo ştatını təmsil edən üzvü, Demokratlar Partiyasının konqresmeni Tim Rayan sensasion ittihamlarla çıxış edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rayan hadisələr zamanı polislərin də Tramp tərəfdarları olan etirazçılara kömək edib.
"Konqresin binasına daxil olan Tramp tərəfdarları kənardan yardım alıblar. Hadisələrdə polislər də etirazçılara kömək edib. Bunlar faktlaşdırılmalı və günahkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qəti gecikmək olmaz", - deyə konqresmen bəyan edib.