PKK terror təşkilatı Suriyanın şimalında Əsəd qüvvələrini yenidən mühasirəyə alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Haseke vilayətinin Kamışlı şəhəri ətrafında dünən başa çatan mühasirə yenidən başladılıb. PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşması Əsəd rejiminə sadiq olan qüvvələri 24 saat keçməmiş yeni mühasirə ilə üz-üzə qoyub.

3 yanvardan bəri davam edən mühasirə dünən Rusiyanın vasitəçiliyi sona çatmışdı. Tərəflər əllərində olan girovları da qarşılıqlı şəkildə dəyişmişdilər.