Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Zəngilan rayonu ərazisində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.