Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının lideri, keçmiş baş nazir və oliqarx Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, İvanişvili bu barədə özü məlumat verib.
"Missiyamı başa vurdum. Mən qərar verdim ki, siyasətdən gedim. Partiya sədrliyindən də istefa verirəm. 2011-ə qədər olan adi həyatımı davam edəcəyəm. Siyasətdən qalib kimi gedirəm. Şərəf və qürurla, xalqa minnətdarlıqla siyasi səhnəni tərk edirəm. Siyasətdən tam uzaqlaşıram", - deyə İvanişvili söyləyib.