ATƏT-n müşahidə missiyası Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, ATƏT müşahidəçilərinin yekun rəyində seçki kampaniyası dövründə qeyri-bərabərliklərin olduğu qeyd olunub.

Bildirilib ki, namizədlər arasında siyasi mübarizədə rəqabət şərtləri bərabər olmayıb. Seçilmiş prezident Sadır Japarovun seçki kampaniyasının maliyyə resursları digər prezidentliyə namizədlərin maliyyə resursları ilə müqayisə olunmayacaq dərəcədə böyük olub.