Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindəki demokratiyadan danışıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Belarus prezidenti demokratiyanın inkişafı prosesi ilə bağlı ölkəsində problemin olmadığını söyəyib.
"Bizdə normal münasibətlər var. ABŞ-dakı kimi etirazçılar qanunverici orqanının binasını dağıtmır. Demokratik proseslər isə öz qaydasında inkişaf edir. Mən ölkəni və dövləti həmişə qoruyuram. Avropada buna görə ittiham olunuram", - deyə Lukaşenko bəyan edib.