Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri arasında görüş baş tutacaq.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransı zamanı danışıb.
Onun sözlərinə görə, bundan başqa, Türkiyə, Türkmənistan və Əfqanıstan xarici işlər nazirlərinin də görüşü planlaşdırılır.
M. Çavuşoğlu görüşlərin dəqiq tarixini açıqlamayıb.
Türkiyə XİN başçısı görüşlərin təşkili ilə bağlı işlərin aparıldığını vurğulayıb.